Müdafiə Nazirliyi: Kəlbəcər istiqamətində vəziyyət gərginləşib

Müdafiə Nazirliyi: Kəlbəcər istiqamətində vəziyyət gərginləşib
SİYASƏT
20:34 11.01.2022
801
Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
OXŞAR XƏBƏRLƏR