Müdafiə Nazirliyi: "Laçın şəhəri, Zabux və Susda təxribat xarakterli fəaliyyətlər qeydə alınmayıb"

Müdafiə Nazirliyi: "Laçın şəhəri, Zabux və Susda təxribat xarakterli fəaliyyətlər qeydə alınmayıb"
SİYASƏT
12:04 01.09.2022
288
"Azərbaycan Ordusunun bölmələri Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrini nəzarətə götürdükdən sonra bu ərazilərdə təxribat xarakterli fəaliyyətlər qeydə alınmayıb".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

"Bölmələrimiz hər zaman istənilən təxribatın qarşısını almağa hazırdır. Təbii ki, biz təxribat deyəndə minaları nəzərə almırıq. Çünki biz bilirik ki, Laçın rayonu ərazisində çoxlu sayda minalar basdırılıb. Bunlar da mütəmadi olaraq aşkarlanır və utilizasiya edilir", - MN rəsmisi qeyd edib.
OXŞAR XƏBƏRLƏR