Bu ərazidə partlayışlar olacaq - MN-dən xəbərdarlıq

Bu ərazidə partlayışlar olacaq - MN-dən xəbərdarlıq
SOSİAL
09:56 16.03.2026
318
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 16-19 mart tarixlərində Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

AZXEBER.COM  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.
 
OXŞAR XƏBƏRLƏR