Müdafiə nazirliyi partlayışlarla bağlı məlumat yaydı - Əhaliyə çağırış

SOSİAL
13:21 11.01.2022
1058
Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR