Müdafiə Nazirliyi: Şirvandakı hadisə zamanı hərbi qulluqçular arasında xəsarət alan olmayıb

Müdafiə Nazirliyi: Şirvandakı hadisə zamanı hərbi qulluqçular arasında xəsarət alan olmayıb
SOSİAL
19:53 26.07.2016
1600
“Bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda baş verən hadisə zamanı Müdafiə Nazirliyinin hərbi qulluqçuları arasında xəsarət alanlar olmayıb”.
Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd edək ki, ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı “Araz” zavodunda partlayış baş verib. Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR