"Hərbi Hava Qüvvələrimizə məxsus döyüş təyyarəsinin vurulması xəbəri erməni uydurmasıdır"

"Hərbi Hava Qüvvələrimizə məxsus döyüş təyyarəsinin vurulması xəbəri erməni uydurmasıdır"
SİYASƏT
14:30 04.10.2020
631
"Ermənistan tərəfi yenidən guya Azərbaycanın döyüş təyyarələrinin, pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı xəbərlər, dezinformasiya xarakterli məlumatlar yayır”.

AZXEBER.COM xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

"Bir daha bildiririk ki, Azərbaycan Hərbi hava qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Azərbaycanın Zərbə PUA-ları düşmənin döyüş texnikalarını darmadağın etməkdə davam edir. Ermənistan müdafiə nazirliyi Azərbaycan ordusu barədə yalan məlumatlar yaymaqla döyüşlərdəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır. İctimiayyəti düşmənin dezinformasiyasına uymamağa  və yalnız Müdafiə Nazirliyinin rəsmi bəyanatlarına istinadən etməyə bir daha çağırış edirik”-deyə, o əlavə edib.
OXŞAR XƏBƏRLƏR