Müdafiə Nazirliyindən maaşların azaldılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Müdafiə Nazirliyindən maaşların azaldılması ilə bağlı  RƏSMİ AÇIQLAMA
SİYASƏT
13:14 16.01.2016
4356

Silahlı Qüvvələrimizin maliyyələşməsi haqqında bəzi elektron kütləvi informasiya vasitələrində yalan və əsassız məlumatların yer alması yalnız təəssüf və təəccüb hissi doğurur".

AZXEBER.COM xəbər verir ki bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Məlumatda qeyd olunub ki, Müdafiə Nazirliyi səsləndirilən bu qeyri-ciddi iddiaları tamamilə rədd edir: "Belə ki, 2016-cı ildə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən il ilə müqayisədə xeyli miqdarda artıb. Hərbi quluqçuların pul təminatı azalmayıb, Silahlı Qüvvələrin ümumi sayında heç bir dəyişiklik yoxdur. Tam əksinə, mərkəzi aparatda və qərargahlarda edilən ştat-struktur dəyişikliyi nəticəsində optimallaşmaya nail olunub, ön xətdə yerləşdirilən yeni döyüş təyinatlı hərbi hissələrdə ixtisaslı vəzifələrin sayı çoxalıb. Bunun hesabına hərbi quluqçuların maaşları faiz baxımından artıb, şəxsi heyətin və ailə üzvlərinin sosial təminat bazası gücləndirilib".

Nazirlikdən bildirilib ki, 2016-cı il ərzində Ali Baş Komandanın tapşırığına əsasən bu istiqamətlərdə görülən işlər yenə də davam etdiriləcəkdir.

Məlumata görə, il ərzində 10-a yaxın yeni hərbi şəhərciyin, eləcə də xidməti və daimi mənzilərin istifadəyə verilməsi planlaşdırılır: "Novruz bayramı günlərində açılacaq 3 yeni hərbi şəhərcik də görüləcək fəaliyətlərin bariz nümunəsi olacaq. Bu ərəfədə Silahlı Qüvvələrdə təşkil ediləcək “Açıq qapı günü”ndə valideyinlər və ictimaiyyət nümayəndələri də deyilənlərin şahidi olacaqlar".

Müdafiə Nazirliyindən bildirilib ki, eyni zamanda döyüş hazırlığının gücləndirilməsi istiqamətində planlaşdırılan ikitərəfli, çoxtərəfli beynəlxalq, o cümlədən birlik və birləşmə səviyyəsində, müxtəlif qoşun növlərinin cəlb olunması ilə xeyli sayda təlimlər də keçiriləcəkdir: "Bir daha bildiririk ki, Silahlı Qüvvələrimizlə bağlı hər hansı məlumat yayarkən şəxsi maraqları kənara qoyub, xalqın maraqlarından və dövlətin təhlükəsizliyi mənafeyindən çıxış etmək zəruridir.

Silahlı Qüvvələrdə il ərzində görülən işlər, fəaliyyətlər, həyata keçirilən bütün tədbirlər barədə Müdafiə Nazirliyi şəffaf şəkildə, vaxtında və faktlarla məlumatları ictimaiyyətə təqdim edəcək"

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib