Müdafiə nazirliyindən nazirin səfəri ilə bağlı - AÇIQLAMA

SİYASƏT
14:54 06.11.2013
1847
. Müdafiə Nazirliyi nazir Zakir Həsənov və baş qərargah rəisi Nəcməddin Sadıqovun Gəncəyə səfərinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Z. Həsənov və N. Sadıqov bu gün Gəncə şəhərinə səfər ediblər. Generalların Gəncəyə səfəri bölgələrdə yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirmək məqsədi daşıyır.

Nazirliyin mətbuat xidmətindən həmçinin bildirilib ki, səfərin yekunları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu gün Azərbaycanın yeni müdafiə naziri general-polkovnik Zakir Həsənov və baş qərargah rəisi Nəcməddin Sadıqov Şəmkir Hərbi Birləşməsində şəxsi heyətlə görüşüblər.

Z. Həsənov və N. Sadıqov Gəncədə yerləşən bir neçə hərbi hissəyə baş çəkərək vəziyyətlə yerində tanış olublar.

Şəmkir Hərbi Birləşməsində yeni təyinatların ediləcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR