Müdafiə Nazirliyinin saxlanılan sabiq idarə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA

Müdafiə Nazirliyinin saxlanılan sabiq idarə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
SOSİAL
14:09 21.02.2022
399

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu  barədə məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Xatırladaq ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxllıb. 

OXŞAR XƏBƏRLƏR