Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışı olub - FOTO

Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışı olub - FOTO
SOSİAL
17:53 20.03.2022
285

Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva əvvəlcə sıra meydanında düzülmüş döyüş texnikalarına baxdılar.

Silahlı Qüvvələrin Ali Baş Komandanına hərbi hissədə yaradılan şərait bərədə məlumat verildi.

Bildirildi ki, hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi, qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb. Hərbi hissənin qərargah binasında hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Əsgər yeməkxanası da müasir səviyyədədir.

Dövlətimizin başçısı və Birinci vitse-prezident hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış oldular.

Qeyd edək ki, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.

İşğaldan azad edilən ərazilərdə hərbi hissələrin açılması, ən müasir texnikalarla təchizatı onu göstərir ki, Azərbaycan hərbi təhlükəsizliyini xüsusi diqqətdə saxlayır. Bunun üçün kifayət qədər imkan, ən əsası siyasi iradə var. Digər tərəfdən, cəmiyyət də dövlətin bu istiqamət üzrə siyasətini dəstəkləyir və birmənalı şəkildə dövlətin yanında olduğunu nümayiş etdirir.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır