Müdafiə Sənayesi Nazirliyinin silah zavodunda güclü partlayış - FOTO - VİDEO - Yenilənir

SOSİAL
16:20 26.07.2016
2936
16.26
Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş verən dəhşətli partlayış nəticəsində yaralananlar xəstəxanalara daşınır.
Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov bildirib. Onun sözlərinə görə, xeyli sayda yaralı var. Hələlik yaralıların sayı dəqiqləşdirilməyib.
Report isə xəbər verir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib.
Trend bildirir ki, yarlılardan biri Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə baş verən əraziyə yaxın evlərdə yaşayanlar təxliyə olunurlar
16.20
Bu dəqiqələrdə musavat.com-a daxil olan məlumata görə, Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib.
Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.
Deyilənə görə bu zavodda silah-sursat istehsal olunur.
Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yaxın dəqiqələrdə həm hadisə ilə bağlı əlavə məlumat əldə etməyə çalışacağıq, həm də olaya aid video və foto görüntülər yayacağıq.
Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.
Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdı.
OXŞAR XƏBƏRLƏR