Cinsi videoya görə müəllim həbs edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da orta məktəbdə müəllim işləyən 28 yaşlı Ayvi Reaneau şagirdinə çılpaq foto və cinsi məzmunlu video göndərib.
Müəllimin göndərdiyi videolar tələbələrin çoxu tərəfindən görüldükdən sonra araşdırma başladılıb.
ABŞ-ın Oklahoma ştatının orta məktəb rayonunda yerləşən Midwest City Middle School-da idman müəllimi işləyən 28 yaşlı Ayvi Reaneau bir şagirdin ondan xoşlandığını öyrənib. Bu xəbəri aldıqdan sonra 16 yaşlı şagirdini heyrətləndirmək istədiyi iddia edilən müəllim sosial şəbəkə hesabında ona çılpaq fotoları və 1 cinsi məzmunlu video göndərib.
Bundan sonra şagird müəlliminin göndərdiyi videonu dostlarına göstərib. Qısa müddətdə bu söz-söhbətlər yayıldıqdan sonra müəllimə barəsində araşdırma başladılıb.
Qalmaqallı hadisənin məhkəmə prosesi də bu yaxınlarda görünüb. Şagirdinə uyğun olmayan videolar göndərməkdə təqsiri sübuta yetirilən müəllim həbs edilib.
Ayşən