Müəllim olmaq istəyən namizəd: “Deyəcəm ki, səni leylək gətirib”

Müəllim olmaq istəyən namizəd: “Deyəcəm ki, səni leylək gətirib”
SOSİAL
14:06 25.08.2017
3350

Avqust ayının 21-dən etibarən başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibə mərhələsində diqqət çəkən məqamlardan biri dini qaydalara uyğun geyinən namizədlərin sayının çox olmasıdır.

Komissiya üzvü Zöhrab Kəlbəliyev dini qaydanın tələbilə geyinmiş namizədin məktəb qayda-qanunlarına nə dərəcədə uyğun olduğu sualına cavab olaraq bildirib ki, müsahibə zamanı yalnız namizədlərin proqrama nə dərəcədə uyğun olduğunu müəyyənləşdirilir: "Məktəb proqramından kənara çıxan suallar verilmir. Müəllim pedaqoji fəaliyyətə nə dərəcədə hazırdır, dərsi necə quracaq, metodları necə müəyyənləşdirməyi düşünür, ayrı-ayrı sahələr üzrə ümumi fikri necədir, özünə inamlıdırmı kimi məsələlərə aydınlıq gətiririk. Əlbəttə, müəllim geyimi ilə nümunə olmalıdır. Ancaq bu məsələ məktəb mühitində həllini tapmalıdır. Təbii ki, yaxşı olardı ki, müsahibəyə də müəllimdən tələb olunan geyimdə gəlsinlər. Ancaq sərbəst geyimə də irad tutmuruq. Çünki müsahibənin proqramına müəllimin geyimi ilə əlaqədar tələblər salınmayıb. Müsahibədən keçməməsinin səbəbi məhz cavabları olacaq, geyimi yox”.

 

Komissiya üzvü Rasim Məmmədov da hesab edir ki, dini geyimə icazə verilib-verilməməsi məktəbdə həll olunur: "Biz geyimdən çox dünyagörüşünə önəm veririk. Dini qaydada geyinən namizədlərlə bağlı qərar verərkən özünün dini etiqadının müəllimliyinə nə qədər təsir edəcəyini müəyyənləşdirməyə çalışırıq. Məsələn, birindən soruşduq ki, "Şagirdiniz insanın necə yarandığını soruşsa, nə cavab verəcəksiniz?”. Cavabı hamımızı təəccübləndirdi: "Deyərəm, leylək gətirib”. Başqa biri isə "Gedin valideyninizdən soruşun, deyərəm”, - cavabını verdi”.

 

Qeyd edək ki, bu həftə müsahibə mərhələsi də yekunlaşır. Müsahibənin nəticələri növbəti həftənin əvvəli hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək. Komissiya üzvü Firudun Həmzəyevin fikrincə, "kim necə müəllim olacaq?” sualının cavabı da məhz onda üzə çıxacaq: "Namizədlərin müəllimlik üçün bütün tələblərə cavab verib-vermədikləri məhz məktəblərdə bəlli olacaq. 5-10 dəqiqə söhbətlə bunu indi müəyyən etmək olmaz. Onu sinifdə yoxlamaq lazımdır ki, görək uşaqları ələ ala bilirmi, öyrədə bilirmi, öyrətmək üçün özü müvafiq bazaya malikdirmi? Ən yüksək savad və dünyagörüşə sahib elə namizədlər olur ki, sinifdə uşaqları ələ ala bilmir, heç nə öyrətmir. Bir sözlə, bu seçimlərin nəticəsi necə olacaq, məktəblərdə bəlli olacaq”.

///lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
18:48 25.06.2026
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY