Müəllim olmaq istəyənlər üçün onlayn müsahibələr fevralın 5-dən başlayır

Müəllim olmaq istəyənlər üçün onlayn müsahibələr fevralın 5-dən başlayır
SOSİAL
13:00 02.02.2021
399
2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti onlayn müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndərilib.

AZXEBER.COM xəbər verir ki, MS Teams platforması üzərindən həyata keçiriləcək müsahibələr fevralın 5-dən etibarən başlanılacaq.

Həmçinin namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmağı tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR