Müəllim ona qarşı çıxan qüsurlu şagirdini yerə yıxdı

Müəllim ona qarşı çıxan qüsurlu şagirdini yerə yıxdı
DÜNYA
00:02 16.12.2022
616
ABŞ-ın Ohayo ştatında əlil uşaqların təhsil aldığı məktəbdə işləyən müəllim Keti Girardin doqquz yaşlı qüsurlu şagirdini yerə çırpıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sözügedən hadisə ilə bağlı görüntülər saniyə-saniyə təhlükəsizlik kamerasına düşüb.

Belə ki, ABŞ-ın Ohayo ştatında müəlliminin əlil uşaqla rəftarı hiddətə səbəb olub. Keti Girardin adlı müəllim sinifə girmək istəməyən balaca qızı əvvəlcə qucağına alıb, sonra hirslə yerə atıb. 

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayımlandıqdan sonra polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR