İnternetdə yayımlanan bu görüntülər bütün dünyanı şoka salıb.
AZXEBER.COM-un məlumatına görə, ərəb ölkələrinin birində lentə alınan video internetdə izlənmə rekordu qırıb. Videoda müəllim sinifdəki azyaşlı uşaqları əlindəki xətkeşlə bir-bir döyür və işgəncə verir.
Maraqlı olan bir digər məqam isə, videonu lentə alan şəxslərin bu hadisəyə baxıb gülməsidir.
Bütün dünyanı şoka salan bu görüntülərin hansı ölkədə lentə alınması hələlik məlum deyil.