Müəllimə intim təklif etdiyi deyilən direktor danışdı: "O mənim qızım yaşındadır"

Müəllimə intim təklif etdiyi deyilən direktor danışdı: "O mənim qızım yaşındadır"
SOSİAL
16:20 31.10.2017
6148

Xəbər verdiyimiz kimi, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifindən imtina etdiyi üçün işdən çıxarıldığını iddia edib. G.Ələsgərova məktəbə ayrılan ərzağın direktora məxsus mağazada satıldığını, A.Vəliyevin tabeliyində çalışan qadın müəllimələri təhqir etdiyini də söyləyib. İttihamlardan biri də xadimələr olduğu halda əqli qüsurlu uşaqların sinif otaqlarını təmizləməyə məcbur edilməsidir.

AZXEBER.COM xəbər verir ki, internat məktəbinin direktoru Allahverdi Vəliyev isə virtualaz.org saytının redaksiyasına gələrək, haqqında səsləndirilən ittihamlara cavab verib. Hazırda özünün və ailəsinin gərgin vəziyyətdə olduğunu deyən direktor görüntülərini çəkməməyi xahiş edib.

"Baş tərbiyəçi olmaq iddiasında idi"
Gülnar Ələsgərova Təhsil Nazirliyinin tapşırığı ilə 2015-ci ilin aprelin 1-də 12 nömrəli xüsusi internat məktəbində tərbiyəçi müəllim kimi işə başlayıb. Direktor deyir ki, ilk 6 ayda dəfələrlə işə gecikib, bir otaqda oturduğu müəllimlə mübahisə edib. Oktyabrdan isə baş tərbiyəçi olmaq iddasına düşüb: "Məktəbdə baş tərbiyəçi ştatı bağlanıb. Buna görə də baş tərbiyəçilər ictimai əsaslarla işləyir. Ötən ilin aprelində baş tərbiyəçinin fəaliyyətini təhlil etdim, qənaətbəxş olmadığından bu vəzifəni məktəbimizin qocaman əməkdaşı Maisə Əliyevaya həvalə etdim. Bununla bağlı əmr imzaladım. Maisə Əliyevanı kollektivə mən təqdim etmək istəyirdim. Lakin həmin gün məni Təhsil Nazirliyinə çağırdılar. Müavinimə tapşırdım ki, tərbiyəçiləri toplayaraq, əmri elan etsin. Həmin iclasda Gülnar Ələsgərova dava salıb, yeni baş tərbiyəçini təhqir edib, sonra əmri cırıb. Deyib ki, baş tərbiyəçi yalnız özüm olacağam".

İclasdan sonra Gülnar Ələsgərova və Maisə Əliyeva direktora ərizə yazaraq ciddi ölçü götürülməsini tələb ediblər. Direktor isə məsələnin araşdırılması üçün ərazi üzrə polis bölməsinə müraciət edib. Araşdırma aparılıb, M.Əliyevaya qarşı cinayət işi açılıb. Lakin G.Ələsgərova barışıq ərizəsi yazıb.

Telefonla şantaj
Direktor deyib ki, məktəbdə 130 sağlamlıq imkanları məhdud uşaq, 56 pedaqoji heyət üzvü, 30 texniki işçi var. Ələsgərova gələnə qədər sakitlik olub. O, gələndən sonra məktəbdə hər kəsi şantaj etməyə başlayıb: "Telefonla səs yazırdı, şəkil, video çəkirdi. Hamıya da elan edirdi ki, sənin haqqında əlimdə materiallar var. Ona qarşı çıxanları qorxudurdu. Buna görə də ona dəfələrlə irad bildirmişdim, amma əməllərindən çəkinmirdi".

"Hikkə ilə kabinetimə gəldi..."
A.Vəliyev bildirib ki, G.Ələsgərovanın əməlləri bununla bitməyib. Mütəmadi işə gecikib, uşaqları tək qoyaraq qonşu siniflərdə vaxt keçirib. Bununla bağlı iradlara isə sərt cavablar verib: "Dedim ki, dəfələrlə xəbərdarlıq etmişəm, növbəti dəfə töhmət verəcəyəm. Sonra onunla söhbət edən müəllimi çağırıb iradımı bildirdim. Bir də baxdım hikkə ilə kabinetimə gəldi, dedi ki, sözünüz var, mənə deyin. İkinci töhməti verdim".

"Deyib ki, ona əxlaqsız təklif etmişəm, şoka düşdüm"
Allahverdi Vəliyev Gülnar Ələsgərova haqqında Təhsil Nazirliyinə şikayət edib. Gülnar Ələsgərova da öz nöbəsində direktor haqda nazirliyə şikayət ünvanlayıb. Hər ikisini Təhsil Nazirliyinə çağırıblar. Müəllim nazirlikdə direktorun ona əxlaqsız təklif etdiyini deyib. Direktor bunu eşidəndə şoka düşdüyünü söyləyir: "İlk anda pis vəziyyətə düşdüm. Yaxın günlərdə 60 yaşım olacaq, Gülnar Ələsgərova qızım yaşdadır. 19 ildir bu internat məktəbində direktoram, bütün kollektiv hörmətimi saxlayır. Ona əxlaqsız təklif etməyimlə bağlı dedikləri şər və böhtandır", - Vəliyev əlavə edib.

Qeyd edək ki, G.Ələsgərova məktəbdə kameraların olduğunu, işə giriş-çıxış saatlarının qeydə alındığını söyləyərək, kamera görüntülərini tələb etmişdi. Direktor isə deyir ki, məktəbdə quraşdırılmış kameraların yaddaşı 20 günlükdür. Buna görə də kamera görüntülərini təqdim edə bilmir. "Kamera görüntülərini izləmişik, sonra müavinlərimin iştirakı ilə aktlaşdırmışıq. Amma görüntüləri saxlamamışıq". Vəliyev onu da əlavə edir ki, bütün məktəbdə kamera olduğu halda, öz kabinetində kamera quraşdırmayıb.

"Mənim yeganə günahım odur ki..."
Redaksiyaya direktorun müəllimləri təhqir etdiyini, ardınca söyüşlər söydüyünü əks etdirən səs yazısı təqdim olunub. Vəliyev səs yazısının ona məxsus olduğunu etiraf edib: "Bu, mənim 19 illik rəhbərlik tarixində yeganə səhvimdir və bunu etiraf edirəm. Həmin gün bərk əsəbiləşmişdim. İnternatın müəllimlərindən biri kabinetimə gəldi və mübahisə etməyə başladı. Bərk əsəbi olduğumdan söyüş söydüm. Əvvəlki və ya sonradan hansısa müəllimə söyüş söyməmişəm".

"Uşaqlar sinifi yığışdırıblar"
Direktor onu da etiraf edir ki, uşaqlar sinif otaqlarını yığışdıra bilərlər. Amma məlum foto və videogörüntülər ona şər atmaq üçün qurama ola bilər. A.Vəliyev ona intizam təhbehi verilməsi ilə bağlı deyilənləri də təkzib edib.

"Mağazanı göstərsin, ona bağışlayım"
İttihamlardan biri də məktəbə gətirilən ərzaqların direktora məxsus mağazada satılmasıdır. Vəliyev bu ittihamı rədd edib: "Gülnar müəllimə həmin mağazanı göstərsə, ona bağışlayacağam".

Qeyd edək ki, Gülnar Ələsgərova işə bərpa və buraxılmış iş günlərinin əməkhaqqının ödənilməsi tələbi ilə direktoru məhkəməyə verib. Məhkəmə noyabrın 20-də olacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb