Müəllimə qarşı 100 min manatlıq –Dələduzluq

SOSİAL
10:45 24.05.2016
2099
Bakıda orta məktəb müəlliminə qarşı dələduzluq edilib.
Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Əzimova Məhluqə Bəybala qızı Baş Prokurorluğa ərizə ilə müraciət edərək Mədət adlı şəxsin onu aldadaraq 100 min manat pulunu aldığını bildirib.
Baş Prokurorluq şikayətin araşdırılması üçün ərizəni aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə göndərib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
APA.az

OXŞAR XƏBƏRLƏR