ABŞ-ın Kolorado ştatındakı Avrora şəhərində yaşayan müəllim qadın işdən qovulub.
Yerli Overland High School orta məktəbində riyaziyyat müəllimi olanKarli MakKinniTwitter sosial şəbəkəsindəki profilində biədəb fotolarını yayırdı. Mikrobloqinq servisində "CarlyCrunkBear" akkauntuna malik müəllimin fotolarının əksəriyyəti yarıçılpaq və ya tam lüt vəziyyətdə çəkilmişdi. Bu səhifədən valideynlər xəbər tutandan sonra məktəb rəhbərliyinə xəbər veriblər və MakKinni "öz hesabına məzuniyyətə göndərilmək" adı ilə işdən kənarlaşdırılıb. Müəllimin tvitləri də pedaqoq adına yaraşmayacaq tərzdə idi. "Çılpağam. Nəşə çəkmişəm, həzz alıram. Əlayam, ehtiraslıyam", "Seks üçün darıxıram", "Çox ehtiraslıyam, nəşələnmişəm" və s. kimi tvitləri oxuyan valideynlər dəhşətə gəliblər. 23 yaşlı müəllim indi deyir ki, zarafat edib. "Bu fotolar və tvitlərin hamısı zarafat idi. Səhifəmi dostumla yaratdım və parodiya ilə məşğul olmaq fikrinə düşdük. Bütün bunların çox ciddi qəbul ediləcəyini bilməzdik", - Karli MakKinni deyib. Məktəb rəhbərliyi və polis Karli MakKinninin dərs dediyi zamanlar məktəbə narkotik maddələr gətirib-gətirmədiyini araşdırmağa başlayıblar.(milli.az)