Müəllimin öldüyü qəzaya görə sevgilisi həbs edildi

Müəllimin öldüyü qəzaya görə sevgilisi həbs edildi
SOSİAL
21:57 16.10.2024
377
Bu ilin fevralında İsmayıllıda 34 yaşlı Nigar Bayramovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, N.Bayramovanın olduğu avtomobili idarə edən 1993-cü il təvəllüdlü Elçin Əliyev cinayət işi üzrə təqsirləndirilib.

Məlum olub ki, həyatını itirən 1985-ci il təvəllüdlü Nigar Bayramova Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub. O, Elçinlə sevgili imiş və birgə Zaqataladan Elçinin yaşadığı İsmayıllı şəhərinə gəliblər. Hadisə də bundan sonra baş verib. Belə ki, Elçin avtomobillə Xanəgah kəndi ərazisində yolun əks-hərəkət istiqamətinə çıxıb və idarə etdiyi "Khazar" markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə, xəsarət alan N.Bayramova dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Elçin daha əvvəl də qəza törədib və məhkum edilib. Onun ayağında elektron qolbaq var imiş və sürücülük hüququ məhdudlaşdırılıbmış.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhum N.Bayramovanın atası Elçinə ağır cəza verilməsini xahiş edib: "Hadisədən 1 saat sonra mənə məlumat verildi ki, qızım Elçinin maşınında olub, həmin maşın "Maz" markalı maşının altına girib. Hadisə yerinin şəkilləri mənə göndərildi. Qızım mənə İsmayıllı rayonundan Elçini bəyəndiyini demişdi. Nigara demişdim ki, həmin şəxs 2 dəfə cinayət məsuliyyətinə cəlb olunub. Həmçinin Elçinin ayağında qolbaq var, savadsız bir adamdır, cəmiyyət arasında hörməti yoxdur. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və ona ən ağır cəzanın verilməsini xahiş edirəm".

Məhkəmənin hökmü ilə Elçinə 6 il 6 ay həbs cəzası verilib. Onun sürücülük hüququ da həbsdən sonrakı 4 il üçün məhdudlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
15:24 06.08.2025
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
15:21 06.08.2025
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
15:14 06.08.2025
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
15:11 06.08.2025
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
Lisey və gimnaziyalara seçim prosesi başladı
15:10 06.08.2025
Lisey və gimnaziyalara seçim prosesi başladı
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
14:52 06.08.2025
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
14:47 06.08.2025
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
14:35 06.08.2025
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
14:33 06.08.2025
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
Rihannanın üçüncü övladının qız olacağı iddia edilib - FOTOLAR
14:24 06.08.2025
Rihannanın üçüncü övladının qız olacağı iddia edilib - FOTOLAR
Tarixdə bugün - 6 avqust nə günüdür?
14:22 06.08.2025
Tarixdə bugün - 6 avqust nə günüdür?
Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı
14:15 06.08.2025
Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı
Durov "teleqram"a geri qayıtdı
14:07 06.08.2025
Durov "teleqram"a geri qayıtdı
DİN-dən ƏMƏLİYYAT - Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandı
14:06 06.08.2025
DİN-dən ƏMƏLİYYAT - Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandı
"Ayşe Barımın qəfil ölüm riski var" - Həkimlər açıqladı
13:48 06.08.2025
"Ayşe Barımın qəfil ölüm riski var" - Həkimlər açıqladı
İranda təxribat törətmək istəyən agentlər tutuldu: İkisi də edam edildi
13:45 06.08.2025
İranda təxribat törətmək istəyən agentlər tutuldu: İkisi də edam edildi