Müəllimindən hamilə qalan qız Bakıya gətirilir

Müəllimindən hamilə qalan qız Bakıya gətirilir
SOSİAL
17:04 18.05.2016
9023
Şamaxının Pirbəhli kəndində müəllimin öz şagirdini zorlaması ilə bağlı yayılan xəbərlər hələ də ictimaiyyətin müzakirəsindədir. Xəbər verdiyimiz kimi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hamilə qalan azyaşlı qıza psixoloji dəstək göstərilməsi üçün sığınacağa gətirilməsi ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə elektron məktubla müraciət ünvanlamışdı.
Məktubda deyilir ki, Pirbəhli kənd 9 illik kənd ümumi orta məktəbində təhsil almış 15 yaşlı qızın başına gələnlərdən xəbərdardırlar. Baş vermiş hadisə ilə bağlı hər hansı ittiham etmək niyyətləri yoxdur. Müraciət etməkdə məqsəd həmin qızın təşkilatın 16 ildən artıq fəaliyyət göstərən sığınacağına göndərilməsidir. Həmin sığınacaqda xanıma bütün yardım və dəstəklər təklif ediləcək. Baş vermiş hadisənin mətbuatda müxtəlif versiyalarla səslənməsinin qarşısını yalnız peşəkar psixoloji yardım dayandıra bilər. İcra başçısına ünvanlanan müraciətdən üç gün keçməsinə baxmayaraq təşkilat rəhbərinə hələki konkret cavab verilməyib.
“Təmiz Dünya” Qadınlara İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib ki, yazılı müraciətdən sonra Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə yaradıb: “Mənə bildirdilər ki, qızın valideynləri ilə danışıb, məsələ barədə onlara bildiriləcək. Əgər qızın sığınacağa yerləşdirilməsi üçün razılıq versələr, koordinatlarımızı ailəyə təqdim edəcəklər. Amma o vaxtdan hələ xəbər yoxdur. Amma mən özüm real vəziyyətə baxmaq üçün Şamaxıya gedəcəyəm və çalışacağam ki, qızın özü ilə görüşüm.Görüm vəziyyət nə yerdədir. Çünki İcra Hakimiyyətindən konkret reaksiya yoxdur”. Təşkilatın ünvanladığı müraciətə cavab verilməsi ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyini qızın ailəsi ilə əlaqələndirdiklərini bildirdi. Hamilə azyaşlının sığınacağa yerləşdirilməsinə razılıq verilib-verilməməsi barədə suallarımızı cavablandırmayan Gülnisə Ələkbərova ilə növbəti əlaqə yaratmaq cəhdi isə baş tutmayıb. Qeyd edək ki, Şamaxının Pirbəhli kəndində tarix müəllimi işləyən Elnur İbrahimovun 9-cu sinif şagirdini zorlaması nəticəsində məktəbli qız hamilə qalıb.
Cebhe.info
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək