Müəllimlər üçün vahid geyim: Hansı ölkələrdə bu qayda var?

Müəllimlər üçün vahid geyim: Hansı ölkələrdə bu qayda var?
SOSİAL
15:57 20.08.2026
161
Bildiyimiz kimi, müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Ümumi təhsil haqqında” Qanuna edilən dəyişiklikdə öz əksini tapıb.
Qanuna əsasən, "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Bəs görəsən, digər hansı ölkələrdə müəllimlər üçün vahid geyim forması tətbiq olunur?

AZXEBER.COM müəllimlər üçün müxtəlif ölkələrdə tətbiq olunan qaydaları təqdim edir:

Bu gün Türkiyənin Milli Təhsil Nazirliyi 2026-2027-ci tədris ili ilə bağlı qaydaları əks etdirən sənədi ölkənin bütün vilayətlərinə göndərib. Sənəddə yeni tədris ilinin əvvəlindən müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq.

Malayziya Təhsil Nazirliyinin müəllim və müəllim heyətinin geyimi ilə bağlı ayrıca rəsmi qaydaları var. Bu qaydalar müəllimlərin iş zamanı geyiminə dair standartlar müəyyən edir. 

İndoneziya – dövlət məktəblərində müəllimlərin müəyyən günlərdə dövlət qulluqçusu üslubunda formal geyim və ya batik geyinməsi geniş yayılıb. Özəl məktəblərdə isə müəllim forması da tətbiq oluna bilər.

Yaponiya – müəllimlər üçün ölkə üzrə vahid forma yoxdur. Məktəblər əsasən müəllimlərdən rəsmi və səliqəli geyim tələb edir. Şagird formaları isə çox geniş yayılıb. 

Hindistan – bəzi məktəblərdə müəllimlər üçün də xüsusi geyim və ya müəyyən dress-kod tətbiq edilir, lakin bu, bütün ölkə üzrə vahid müəllim forması demək deyil.

Böyük Britaniya – məktəblərdə şagird forması geniş yayılsa da, müəllimlər adətən məktəbin müəyyən etdiyi peşəkar geyim qaydalarına əməl edirlər.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR