"Müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat pulsuz olsun" - Deputatdan təklif

"Müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat pulsuz olsun" - Deputatdan təklif
SOSİAL
12:08 29.11.2022
236
Azərbaycanda müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat gündə heç olmasa 2 dəfə pulsuz olmalıdır.

AZXEBER.COM xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev çıxış edib.

O deyib ki, Bakıda tıxac problemi qismən həll olunması üçün ictimai nəqliyyatda avtobusların sayı artırılmalıdır.

"Biz payız tətilində gördük ki, Əhmədlidən paytaxtın mərkəzinə 15 dəqiqəyə gəlmək olur”, - deputat bildirib.
OXŞAR XƏBƏRLƏR