Müəllimlərə “hinduşkabaş” deyən direktor işdən çıxarıldı

Müəllimlərə “hinduşkabaş” deyən direktor işdən çıxarıldı
SOSİAL
15:19 01.04.2025
337
Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Qeyd edək ki, müəllimlər direktorun onları valideynlərin yanında təhqir etdiyini, müəllimləri "dərs dilənçiləri”, "hinduşkabaş” adlandırdığını bildirmişdilər.
OXŞAR XƏBƏRLƏR