AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, mövcud qaydalara əsasən, sertifikatlaşdırma imtahanından keçən vətəndaşların əməkhaqqıları onların topladıqları bala uyğun qiymətləndirilir..
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Mehriban Vəliyeva deyir ki, sertifikasiya prosesi təhsilin keyfiyyətinə təsir edən irihəcmli islahat paketidir. Buna baxmayaraq müəllimlərin əməkhaqqılarının diferensial şəkildə artırılması mexanizmi ümumilikdə müsbət addım olsa da, mövcud sistemdə bəzi məqamların təkmilləşdirilməsinə ehtiyac var.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov da mövcud sistemdəki bəzi uyğunsuzluqlara diqqət çəkib. Bildirib ki, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqıları 10, 51-60 ballıq nəticə göstərənlərin isə 35 faz artır. Hazırda 48-51 bal toplayan müəllimlərdə əməkhaqqı artımı 35 deyil, 10 faizdir. Mövcud qaydalarla 83 faiz, yəni 50 bal toplayan müəllimin maaşında 10 faiz, cəmi 1 bal çox toplayanda isə 35 faiz artım olur.
Deputat vurğulayıb ki, Beynəlxalq qiymətləndirmə standardlarına uyğun olaraq, 80 faizdən daha çox nəticə göstərənlərin maaşlarının 10 deyil, 35 faiz artırılması məqsədəuyğundur.










































