"Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsi avqustun sonuna yaxın keçirilə bilər”.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, müsahibə mərhələsi əsasən yer seçimi edildikdən sonra həyata keçiriləcək.
O qeyd edib ki, sertifikasiya imtahanının həyata keçirilməsindən sonra həm sertifikasiya, həm də MİQ imtahanlarının da 120 dəqiqə ərzində olması planlaşdırılır.