Müəllimlərin maaşı artacaq - Rəsmi açıqlama

Müəllimlərin maaşı artacaq - Rəsmi açıqlama
SOSİAL
13:16 17.02.2017
5804

İlk peşə ixtisas təhsili müəssisələri rasionallaşdırıldıqdan sonra diaqnostik qiymətləndirmədə yaxşı nəticə göstərən peşə məktəbi müəllimlərinin ümumtəhsil məktəblərinə keçidi, digər halda isə yüksək əməkhaqqı ilə təminatı nəzərdə tutulub.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a bildirib ki, bu ilin mart ayında diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin sənəd qəbulu,  aprel-may ayları ərzində isə imtahanlar keçiriləcək.

E.Bağırovun sözlərinə görə, mart-aprel-may ayları ərzində ölkədə diaqnostik qiymətləndirmədən keçməyən daha 26 rayonda həm ümumtəhsil məktəblərində çalışan ,eyni zamanda ilk peşə ixtisas təhsili müəssisələrində işləyən müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub: " Bu il diaqnostik qiymətləndirilmədə iştirak edəcək ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin sayı 1100-1200 arası təşkil edir.

26 rayon üzrə ümumtəhsil məktəblərində çalışan müəllimlərin sayı isə təxminən 50 minə yaxındır. Bu kontingentin hamısı bu aylar ərzində qiymətləndirmədə iştirak edəcək”.

E.Bağırov deyib ki, ilk peşə ixtisas təhsili müəssisələrində işləyən başqa pedaqoji kadrlar da var, amma diaqnostik qiymətləndirmədən ümumtəhsil fənlərini tədris edən müəllimlər keçəcək.

Qurum rəsmisi qeyd edib ki, diaqnostik qiymətləndirmə ilə bağlı nəzərdə tutulan maaş artımı ilk peşə ixtisas təhsili müəssisələrində çalışan müəllimlərə şamil edilmir: "Dövlət başçısının müvafiq sərəncamına əsasən, maaş artımı eyni qayda ilə ümumtəhsil məktəblərində çalışan, bilik və bacarıqları qiymətləndirilən müəllimlərə şamil olunacaq. Yəni burda peşə məktəbləri, peşə liseylərində işləyən müəllimlərdən söhbət getmir. Bu diaqnostik qiymətləndirmədən keçən ümumtəhsil məktəb müəllimləri üçün də maaş artımı  onların  göstəricilərindən asılı olaraq 40 % arasında dəyişə bilər”.

E.Bağırov onu da vurğulayıb  ki, ilk peşə ixtisas təhsili müəssisələrinin rasionallaşdırılmasından sonra diaqnostik qiymətləndirmədən yaxşı keçən peşə məktəb müəllimlərinin yüksək əməkhaqqı ilə təminatı nəzərdə tutulub: "İlk peşə ixtisas təhsil müəssisələri rasionallaşdırıldıqdan sonra diaqnostik qiymətləndirmədə yaxşı nəticə göstərən müəllimlərin ümumtəhsil məktəblərinə keçidi, daha yüksək əməkhaqqı ilə təmini də nəzərdə tutulub. Yəni rasionallaşma prosesindən sonra  yaxşı nəticə göstərən müəllimlərə daha yüksək əməkhaqqı verməyi planlaşdırırıq”.

"Müəllimin karyera inkişafında müəllimin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticə bir göstərici rolu oynayır. Əgər bir müəllim sabah direktor vəzifəsində iddialı olsa müsabiqə zamanı şəxsi işi araşdırılarkən onun qiymətləndirmədə göstərdiyi nəticə də meyar kimi istifadə edilə bilər” – deyə, E.Bağırov əlavə edib.

Qeyd edək ki, cari ilin aprel-may aylarında ölkənin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, Yevlax, Ağdaş, Xocalı, Goranboy, Mingəçevir, Naftalan, Göyçay, Kəlbəcər, Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Ağstafa, Tovuz, Qazax, Zəngilan, Xocavənd, Cəbrayıl şəhər və rayonlarının 50 minə yaxın müəlliminin iştirakı nəzərdə tutulur.

Bununla yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri də qiymətləndiriləcək. İlk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi daha peşəkar, yüksək bilik və bacarığa malik pedaqoji işçilərin müəyyən edilməsi məqsədi daşıyır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb