Müəllimlərin sertifikasiya imtahanına ehtiyac varmı?

SOSİAL
16:03 21.06.2023
1258
Elm və Təhsil Nazirliyinin qərarı ilə iyunun 20-dən etibarən 28 min müəllim üçün sertifikatlaşdırma imtahanına başlanılıb. Onlardan 8 500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimləridir.

Sertifikasiya imtahanın keçirilməsini dəstəkləyənlər olsa da, müəllimlərə imtahan tətbiq edilməsinə qarşı çıxanlar da var.

AZXEBER.COM mövzuya təhsil eksperti Elçin Əfəndinin münasibətini öyrənib.

O müəllimlərə sertifikasiya imtahanının keçirilməsini müsbət hal kimi qiymətləndirib:

"Təhsil müəssələrində çalışan müəllimlər sertifikasiya imtahanı verirlər. Müəllimlərin qiymətləndirilməsi vacib məsələ idi. Ötən il  2000-dən çox müəllim müsabiqə şərtini ödəyə bilmədi. Onlar bu il yenidən imtahan verəcəklər.  Sertifikasiyanın şərtlərinə görə, həmin şəxslər ikinci imtahandan da keçməzlərsə, onların əmək müqaviləsinə xitam veriləcək. Bu da bilik və bacarıqları yüksək olan şəxslərin prosesdə saxlanılması ilə nəticələnəcək. Təhsilalanların xeyrinə, cəmiyyətin inkişafına səbəb olacaq addımdır. Müvafiq müsabiqə şərtini ödəməyən şəxslərin prosesdən kənarlaşdırılması, əlavə vakant yerlərin çoxalmasına səbəb olacaq.
Bu isə qarşıdakı dövrdə müəllimlərin işə qəbulu zaman vakasiyaların 7-8 min deyil, daha çox olacağı deməkdir. 
Belə olduqda pedaqoji istiqamətdə təhsil alanlar müsabiqə şərtlərini ödədikdən sonra rahat şəkildə işlə təmin olunacaqlar”.

Elçin Əfəndi qeyd edib ki, sertifikasiya imtahanı verən müəllimlərin bilik və bacarıqları onların əmək haqlarına da təsir edəcək:

"50 baldan yuxarı 35% , 30-40 bal isə 10 % təsir edir. Düşünürəm ki, bu müəllimlərin rəqabət marafonuna qoşulmasına, özlərini inkişaf etdirməsinə gətirib çıxarır. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 60 yaşa qədər olan şəxslər də bu müsabiqədə iştirak edərək əmək haqlarının artırılmasına çalışmalı, bilik bacarıqlarını təkminləşdirməlidirlər”.

Təhsil eksperti sertifikasiya imtahanına  niyə ibtidai sinif müəllimlərindən başlamasına da aydınlıq gətirib:

"İbtidai təhsil ən strateji təhsil pilləsidir. Təhsil verənin bilik bacarıqları nə qədər yüksək olarsa, şagirdlər daha yaxşı təhsil alacaq. Bu eyni zamada təhsil müəssələrində neqativ halların qarşısının alınmasına da müəyyən təsir edəcək”. 

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında bildirib ki, təhsilin keyfiyyətinin artırılması üçün təkcə sertifikasiya imtahanı kifayət deyil:

"Müəllimlərin sertifikasiya imtahanın Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilməyə başladı. Xeyli müəllimimiz sertifikasiya imtahanında iştirak edib. Bu prosesin tənzimlənməsi müəllimlərin bilik bacarıqlarının artırılmasına yönəlib. Ancaq mən düşünürəm ki, paralel olaraq, təhsilin keyfiyyətinin artırılmasına da çalışmalıyıq. Yalnız sertifikasiya ilə iş bitməməlidir. Universitetlərimizdə də bu məsələyə ciddi yanaşılmalıdır. Ali təhsil müəssisələrində pedaqoji təhsilin keyfiyyətini artırmaq lazımdır ki, bu prosesə töhfə verək”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb