Beyləqan rayonunda yerləşən hərbi hissədə xidmət edən 19 yaşlı Elbrus Nəcəfov müəmmalı şəkildə ölüb.
AZXEBER.COM Turana istinadən xəbər verir ki, ailə üzvlərinə onun intihar etməsi barədə məlumat verilib, amma əsgərin valideynləri buna inanmırlar.
“Elbrus Nəcəfov ölüm xəbərindən bir saat əvvəl ailəsi ilə telefonla danışıb. O, bir gün sonra məzuniyyətə gələcəyini deyib. Ona görə də onun özünü asması inandırıcı görünmür”, - Nəcəfovun valideynləri bildiriblər.
Turanın məlumatına görə, ailə belə hesab edir ki, övladlarının intihar etməsi iddiası onun öldürüldüyünü gizlətmək məqsədilə ortaya atılıb.
AZXEBER.COM Elbrus Nəcəfovun sosial şəbədəki hesabında paylaşdığı fotoları təqdim edir:



