Müğənni Ayan yeni layihəsindən danışdı

Müğənni Ayan yeni layihəsindən danışdı
17:42 30.03.2013
1443

Səhnə fəaliyyətinə daim yenilik gətirən müğənni Ayan Babakişiyeva sənətinə böyük layihə üzərində davam edəcək. AZXEBER.COM-un məlumatına görə, hazırlıqlara başlasa da, təfərrüatını hələki sirr saxlayan sənətçi xanım, bunu yaradıcılğında yeni nəfəs adlandırıb.

Paralel olaraq repertuar təzələyən Ayanın bu dəfə tanqo üslubunda oxuyacağını öyrəndik. Gənc müğənni bu dəfə də Emin Minyaşevin İkram Əliyevin sözlərinə bəstələdiyi mahnı ilə eşidiləcək. Müğənni yeni layihəsini hazırlıq prosesini, eləcə də, sonuncu klipinin tamaşaçı tələbatını nəzərə alıb, hələki yeni mahnının ekran həllini düşünmür.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR