Müğənni Bakının xəbərdarlığına məhəl qoymadı - Oğlu ilə konsert verdi

DÜNYA
23:16 01.09.2015
3179

İyul ayında Dağlıq Qarabağa qanunsuz səfər etməklə rəsmi Bakının etirazına səbəb olan rusiyalı müğənni Lyubov Kazarnovskaya buna məhəl qoymayaraq yenidən Xankəndinə gəlib.

Opera müğənnisi ötən gün Xankəndinin mədəniyyət və gənclər sarayında konsert proqramı ilə çıxış edib. Konsert zamanı onu pianoçu Anna Krivçova, skripkaçı Alkesandr Bronveyber müşayiət edib.

Bundan başqa, italiyalı opera müğənnisi Niukola Uliveri, serbiyalı Vişnya Radoslav də konsertin iştirakçılarından olub. Lyubov Kazarnovskayanın oğlu, Moskva konservatoriyasının təlbəsi olan skripkaçı Andrey Rosçik də Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlərdən olub.

Bu gün isə Xankəndinin mərkəzində Lyubov Kazarnovskyanın bədii rəhbərliyi altında Cüzeppe Verdinin "Rekviem" əsəri tamaşaya qoyulub. Tamaşa Ermənistanın birinci xanımı Rita Sərkisyanın təşkilatçılğı ilə baş tutub. Konsertə Ermənistan prezidenti Serj Sərkisyan və yerli separatçıların lideri Bako Saakayn da tamaşa edib.

modern.az

OXŞAR XƏBƏRLƏR