Müğənni Yılmaz Morgül aparıcısı olduğu "Mutlu Günler" verilişində biabır olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, verilişdə mərhum müğənni Yıldırım Gursesin "Əlvida, gəncliyim" mahnısını ifa edən Yılmazın danışığı başına bəla olub. O, mahnını oxuyub bitirdikdən sonra deyib:
"Bizi hər gün müxtəlif sənətçilər izləyir. Hazırda da Yıldırım Gursesin həyat yoldaşı Ayla Gurses ekran qarşısında bizə baxır. Ayla xanıma sevgilərimi göndərirəm".
Morgülün bu danışığı sosial mediada gülüş hədəfinə çevrilib. Çünki TRT-nin sənətçisi olan Ayla Gurses bir il əvvəl 69 yaşında vəfat edib.