Müğənni Damla toy sahibini aldatdı: "Beh"i alıb, toya gəlmədi

MAQAZİN
13:31 03.08.2017
12377
Tanınmış müğənni Damla toy üçün ev sahibindən "beh" alıb, son anda toya gəlməyib.
 
Bu haqda AZXEBER.COM-a Masallı rayon sakini Elbrus Nurullayev məlumat verib.
 
Onun dediyinə görə, oğlunun toyunu idarə etmək üçün Damlanın prodüserinə 600 AZN "beh" verib: "İyul ayının 27-də Masallı rayonun Qızılağac kəndində oğlumun toyu oldu. Toyu idarə etməyi müğənni Damlaya tapşırmaq qərarına gəldik. Onun prodüseri ilə danışıb 600 manat "beh" verdik. Ancaq toyun başlamasına bir neçə dəqiqə qalmış hər birimiz şoka düşdük. Müğənninin prodüseri dedi ki, toya gələ bilməyəcəyik".
 
Ev sahibi deyir ki, müğənniyə bütün toyu idarə etmək üçün 4 min AZN verəcəklərmiş: "Biz ona bütün toyu idarə etmək üçün 4 min manat verəcəkdik. Toya bir neçə dəqiqə qalmış Damla mərasimə gəlmədi və mən çıxılmaz vəziyyətdə qaldım. Məcbur olub, gedib, başqa müğənni tapdım. Bu mənə çox böyük zərbə oldu".
 
AZXEBER.COM məsələ ilə bağlı müğənni Damlanın prodüseri Mehin Əliquliyeva ilə əlaqə saxlayıb. O qeyd edib ki, bu cür hallar bundan öncə də baş verib və ola bilər ki, kimsə müğənninin adından istifadə edib.
 
Qeyd edək ki, ev sahibi müğənninin prodüseri ilə "whatsapp" yazışmasını da redaksiyaya təqdim edib. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq