Müğənni doğulmamış qızı üçün 5 milyon dollara ev alır

Müğənni doğulmamış qızı üçün 5 milyon dollara ev alır
MAQAZİN
20:57 14.07.2016
2856
Məşhur türkiyəli popçu Gülşən doğulmamış qızı üçün 5 milyon dollara ev alır. 
AZXEBER.COM-un məlumatına görə, hamiləliyin 3-cü ayında olan müğənni indidən uşaq hazırlığına başlayıb.

Bunun üçün artıq əmlakçılarla danışıq aparan Gülşən hazırda yaşadığı evdən daha böyük bir mənzilə çıxmağa hazırlaşır.

Artıq uşağının cinsiyyətini öyrənən məşhur popçu daha əvvəl müsahibəsində "qızım olarsa çox xoşbəxt olaram" - deyə bildirib.

İstirahətdə olan müğəninin bir müddət əvvəl dəniz kənarından fotoları paparazzilər tərəfindən çəkilib. Çəkilmiş fotolarda Gülşənin artıq hamilə çəkiləri aldığı açıq-aydın görünür.
OXŞAR XƏBƏRLƏR