Populyar müğənni Elnur Məmmədov "Son söz" adlı yeni musiqi albomu buraxıb. AZXEBER.COM-un məlumatına görə, 25 mahnıdan ibarət alboma "Son söz" və "Səni xatırladır" adlı iki disk daxildir. Birinci diskdə 10, ikinci diskdə isə 15 mahnı yer alıb. Müğənni yeni albomunda yer alan "Sərin gecələr mahnısını dinləyicilərə təqdim edib və tezliklə mahnını ekranlaşdıracaq.İfaçı sözləri Nado, musiqisi Nurlan Təhməzliyə aid olan mahnıya çəkiləcək klipin dünya standartlara uyğun ekran işi olacağını deyir. Klipin hazırlıq prosesində olduğunu bildirən Elnur, onun smetasının sanballı olduğunu qeyd etdi.Çəkilişlərə xüsusi hazırlıq görülür və klipdə müğənninin əynində olacaq gödəkçəni modelyer 3 aya hazırlayıb. Klipdə müğənni 10 gözəl qızın əhatəsində olacaq. Bu qızların geyimləri də xüsusi olaraq klip üçün hazırlanır. Klipi isə Mako çəkəcək.