"Bu televiziya kanallarının özbaşınalığı nə zaman bitəcək? Nə vaxta qədər Azərbaycan musiqisi aşağılanacaq?".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Nazim Faytonçu "Facebook" hesabında yazıb.
"Rəngarəng" verilişində qonaq olan gənc müğənninin canlı ifa edə bilmədiyi görüntüləri yayımlayan Nazim, aidiyyatı qurumlara səslənib:
"SOS! Müraciətim Televiziya Şşurasına, Bəstəkarlar İttifaqına, Yazçılar İttifaqına, Prezident Aparatına və Milli Məclisədir! Bu televiziya kanallarının özbaşınalığı nə zaman bitəcək? Nə vaxta qədər Azərbaycan musiqisi aşağılanacaq? Nə zaman aidiyyatı qurumlar buna yetər söyləyəcək? Nə vaxta qədər Üzeyir bəyin şəxsiyyəti və təməlini qoyduğu Azərbaycan musiqisi tapdaq altında olacaq? Dayan! dur! deməyin zamanı çatıb. Bu xalqın günahı yoxdur!".
Aysel