Ötən həftədən Türkiyədən Moskvaya, ailəsinin yanına qayıdıb, milli bayramımızı əzizləri ilə qeyd edən müğənni Rəqsanə İsmayılova aprelin 1-i yenidən gəldiyi ölkəyə üz tutur. AZXEBER.COM-un məlumatına görə, sənətçi albom hazırlıqlarını oradakı səs yazma studiyasında həyata keçirir. Amma qayıdışının səbəbi tək bu hazırlığı tamamlamaq deyil. Xəbər verdiyimiz kimi müğənni növbəti plastik əməliyyata qərar verib. Türkiyəli həkimlərə müraciət edən sənətçi, hələdə əməliyyat barəsində geniş danışmır.
Öyrənə bildiyimiz xəbər sənətçinin yaradıcılığındakı növbəti yenilikdir. Belə ki, kiçik plastik müdaxilədən sonra aprelin 7-də Moskvaya qayıdacaq Rəqsanə, “Bu şəhərdə”nin heyətinin dəvəti ilə Moskvada keçiriləcək konsert proqramını izləyəcək. Sonra vaxt itirmədən, yenidən Türkiyəyə qayıdıb, böyük heyətlə Hindistana səfər edəcək. Türkiyəli rejissor və onun komandası Rəqsanə xanımın klipini həmin dövlətdə çəkmək üçün birlikdə yola düşəcəklər.
Müğənni bu barədə hələki geniş danışmasa da, rejissorun ideyasını bəyəndiyini və ona etibar etdiyini sözünə əlavə edib. Bunu ardınca müğənni albomunu tamamlayıb, klipi ilə birlikdə təqdimata çıxaracaq.
Ozal İbrahimli