Sosial mediada 'Reynmen' adı ilə böyük bir pərəstişkar toplayan məşhur müğənni Yusuf Aktaş evlənir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni uzun müddətdir birlikdə olan sevgilisi Emirə Cansu Kurtaranla ailə həyatı qurur.
Reynmen və Emir Cansu Kurtaran toy üçün xaricə yola düşüb. Cütlük İtaliyaya getdikləri anları sosial şəbəkədə izləyiciləri ilə bölüşüblər.
Məşhur adın bu paylaşımları qısa zamanda sosial mediada trendə çevrilib.
Qeyd edək ki, müğənni sevgilisinə 30 apreldə evlilik təklifi etmişdi.
Gülay