Müğənni Səidə Dadaşova: 'Dedim ki, siz içkilisiz gedin işinizlə məşğul olun' - CAVAB
MAQAZİN
11:32 22.08.2012
6420
Dünən AZXEBER.COM xəbər portalında yayımlanan "Tanınmış azərbaycanlı müğənni gecə klubunda dava saldı" başlıqlı xəbər geniş rezonans doğurub. Xəbər sürətlə sosial şəbəkələrdə və internet portallarda yayılıb. Məsələylə bağlı müğənni Səidə Dadaşova AZXEBER.COM-la əlaqə saxlayıb. Müğənni hadisə haqda deyib: Hadisə paytaxtın mərkəzi küçəsində yerləşən disko klubun qarşısında baş verib. Mən həmin yerdə maşınımı saxlayıb, səsyazma studiyasına gəlirdim. Bu anda yolun əks istiqamətinə keçəndə klubdan çıxan 2 naməlum şəxs sərxoş halda mənə atmacalı sözlər dedi. Mən də həmin şəxslərə cavab verdim. Dedim ki, siz içkilisiz gedin işinizlə məşğul olun. Onlar da məni səhv saldıqlarını dedilər. Hadisənin səs-küyünə gələn post patrul xidmətinin işçiləri həmin 2 nəfəri hadisə yerindən uzaqlaşdırdılar. Mən də dedim ki, Ramazan bayramıdır, Allah rizası üçün onları buraxın getsinlər. Bir daha qeyd edirəm ki, bu hadisədə mənim heç bir günahım yoxdur. Mənim şahidlərim da var. Köməkçim Arzu Abbasova da yanımda idi. O da dediklərimi təsdiqləyə bilər".