Türkiyənin tanınmış müğənnisi Nez "təcavüzə uğrayıb".
Müğənni axşam vaxtı əylənmək üçün bara gedib. O, getdiyi barın adını sosial şəbəkədə məkan olaraq paylaşıb. Bir neçə dəqiqə sonra naməlum şəxs tərəfindən müğənniyə özünün barda gizli çəkilmiş şəkli göndərilib. Daha sonra həmin şəxs müğənnini öpmək istəyib. Məkandan qaçaraq uzaqlaşan Nez dərhal polisə müraciət edib. Kemal adlı şəxs polis tərəfindən saxlanılıb. O, yaxın günlərdə məhkəməyə çıxarılacaq.(milli.az)