2012-ci ili yayında ailə həyatı quran müğənni Xatirə İslamdan xəbər var.
Həyat yoldaşı ilə birgə “ATV Maqazin” verilişinin kameralarına tuş gələn müğənni oğul anası olmağa hazırlaşdığını deyib.
Hamiləliyinin 8-ci ayını yaşayan müğənni xeyli kilo aldığını da dilə gətirib.
“Bilirəm, tanınmaz hala düşmüşəm. Amma çəkim elə də çox deyil, 78 kiloqramam. Özümü çox yaxşı hiss edirəm. Bir az çox maye qəbul etdiyimdən bədənimdə şişkinlik var”.
Müğənni onu da bildirib ki, yaxın zamanlarda dünyaya gələcək oğullarına hələ ki, ad fikirləşməyiblər.