Bir neçə gündür Dubay və Maldiv adalarından istirahətdən qayıdan müğənni Zamiq Hüseynov, dayanmadan yaradıcılıq işlərinə star verib. AZXEBER.COM-un məlumatına görə, Zamiq ifa etdiyi mahnılardan ibarət karoeke albom hazırlayır. Müğənni bu albomu hazırlamaqla ilkə imza atmış olacaq. Belə ki, ən çox dünya ölkələrində rastlaşdığımız karoeke albomu Zamiqə qədər Azərbaycanda heç kimsə etməyib. Artıq yekunlaşdırma prosesi gedən bu albom vasitəsi ilə müğənni ilə duetdə oxumaq mümkün olacaq. Albomda Zamiqin həmkarı Röya ilə baş tutacaq yeni dueti də yer alacağı gözlənilir.Ozal İbrahimli