Müğənnilər də YAP vəsiqəsi aldılar - FOTOLAR

MAQAZİN
17:41 13.01.2012
3988
Əli Əhmədov müğənnilərə YAP vəsiqəsi təqdim etdi
Bu gün bir qrup mədəniyyət və incəsənət işçisinə Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük vəsiqələri təqdim olunub. AZXEBER.COM-u APA-ya istinadən xəbər verir ki, YAP-ın baş ofisində keçirilən tədbirdə çıxış edən partiyanın icra katibi Əli Əhmədov bildirib ki, bu gün üzvlük vəsiqəsi alan aktyor, müğənni və rəssamlar YAP-ın bütün tədbirlərində fəal üzv kimi iştirak edib. Ə. Əhmədov, həmçinin əlavə edib ki, bu gün Azərbaycanda yaradıcı insanların yaşaması və işləməsi üçün mühit mövcuddur: «Son illər Azərbaycan sürətlə dəyişir. Ölkədəki sabitliyi daxildən və xaricdən pozmağa cəhdlər olsa da buna nail ola bilməyiblər».YAP üzvlərinin sayının 560 minə yaxınlaşdığını deyən partiya rəsmisi yaxın vaxtlarda bunun 600 minə çatacağını vurğulayıb. Sonda partiya biletləri yeni üzvlərə təqdim edilib.Qeyd edək ki, bu gün YAP üzvlük vəsiqəsi alanların sırasında müğənni Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, Cavanşir Məmmədov, Firuzə İbadova, Elza Qasımova (Seyidcahan), Lalə Məmmədova, aktyor Elməddin Cəfərov və digərləri olub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb