Mərdəkanda yerləşən 3 saylı əqli və fiziki qüsurlu uşaqlar evində Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri keçirilib.
AZXEBER.COM-un məlumatına görə, reper “Qurd”un prodüseri Cavid Rəbbaninin təşkilatçılığı ilə baş tutan tədbirdə müğənni Günay İbrahimli, Manaf Ağayev, Zamiq Hüseynov, Xatun, Elçin Cəfərov, İlahə İbadova, Azad Şabanov, Yaşar Cəlilov, Yaşar Yusubov, “Cahan” qrupu, reper “Qurd” və prodüser Təranə Səmədova iştirak edib. Həm oxuyub, həm oynayan sənətçilər uşaqlarla maraqlı gün keçiriblər.
“Hər kəsin Ramazan bayramını təbrik edirəm. “İlk dəfədir xeyriyyə tədbiri təşkil edirəm. Köməyə möhtac, kimsəsiz uşaqları sevindirmək hər insanın borcudur. İnşallah bu cür tədbirlərimiz tez-tez olacaq. Burada iştirak edən bütün sənətçilərə təşəkkürümü bildirirəm”-, deyə prodüser bildirib.