Müğənnilərə edilən 1 aprel zarafatı

MAQAZİN
13:06 01.04.2015
1604

Bu gün Ümumdünya gülüş günüdür.Axşam.az-ın məlumatına görə, dünyanın bir çox yerində olduğu kimi, ölkəmizdə də insanlar bir-birinə yalan danışır, zarafatlar edir. Bəs görəsən, tanınmışlar arasında 1 aprel zarafatının qurbanı olanlar kimlərdir? “Şou biz” verilişinin ifaçılar arasında apardığı sorğunu təqdim edirik:

Müğənni Rəqsanə İsmayılova– Dostum 1 apreldə məni rayona toya dəvət etdi. Köməkçimlə restorana yollandım, baxırıq ki, məkan boşdur, nə masalar açılıb, nə də insanlar gəlib. Toyu danışan adama zəng etdim, 1 aprel zarafatı etdiyini dedi: “Gedin filan restoranda sizə stol hazırlatdırmışam, yeyin, 1 gün də qalıb dincəlin”.

Müğənni Emil Bədəlov– Dostum zəng etdi ki, digər dostumuz qəza keçirdib, ölüb, xəstəxanadayıq, tez gəl.Getdim ki, zarafat edirlərmiş. O qədər pis olmuşdum ki...Mənə zəng edib, yalanı deyəndostumu həmin yerdəcə döydüm.Müğənni Kərim Abbasov– Dostumun dostu zəng vurdu ki, qəza keçirib, xəstəxanadayıq, vəziyyəti pisdir. Həyəcanla, qaça-qaça xəstəxanaya getdim. Görürəm ki, klinikanın qabağında maşında oturub, məni gözləyirlər. Məni görən kimi gülməyə başladılar.

OXŞAR XƏBƏRLƏR