"Müğənnilərə heç 800 dollar da vermərəm" - Anar Nəcəfli

"Müğənnilərə heç 800 dollar da vermərəm" - Anar Nəcəfli
MAQAZİN
10:36 04.12.2018
2851
ARB TV-nin "Pəncərə” proqramının növbəti qonağı aparıcı Anar Nəcəfli olub.

AZXEBER.COM-un məlumatına görə, o, sənətçilərin toy qiymətlərindən danışıb. Anar bildirib ki, ifaçılar məclislərə baha qiymətə gedir:

"Onlara çox pul verilməsinə normal baxıram. Həmin müğənniyə 13 min dollar verirlər deyə, o qiymətə gedir. Təlabat varsa, normal qarşılanmalıdır. İstəmirsənsə vermə. Mən də istəyərəm ki, hansısa müğənni şad günümdə iştirak eləsin, amma elə bir şey olmayıb hələ. Mənim ailə büdcəm də imkan vermir ki, o qədər pul verim. Heç 800 ya 1000 dollar belə vermək istəmərəm. O pulu öz ailəmə xərcləyərəm”.
 

OXŞAR XƏBƏRLƏR