Müğənnilərimiz Aktauda konsert verdi - fotolar

Müğənnilərimiz Aktauda konsert verdi - fotolar
MAQAZİN
19:53 29.12.2017
1366
Müğənni Roza Zərgərli Qazaxıstanın Aktau şəhərinin "Abay” sarayında solo konsert verib.
 
AZXEBER.COM-un məlumatına görə, sənətçi bildirib ki, konsert Azərbaycan və Qazaxıstan respublikaları arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub:
 
"2 saat davam edən musiqi gecəsində müğənnilər Yaşar Yusub, Nicat Rəhimov, Ramil Cəfərov və "Bakı instrumental”ın musiqiçiləri iştirak etdilər. Konsertin aparıcısı Şəhriyar Əbilov idi. Gecədə Manqistau vilayət hakimi Yerali Lupkan oğlu Tukjanov, vilayət və şəhər hakimliyinin rəhbərliyi, şəhər ictimaiyyətinin nümayəndələri, Manqistau vilayətində yaşayan azərbaycanlılar, kütləvi informasiya vasitələri iştirak edirdi. Tədbir mənim ifamda "Yaşa Azərbaycan” mahnısı ilə başladı. Sonda isə hamımız "Can Qarabağ” mahnısını oxuduq”.
 
Xatırladaq ki, tədbirin əvvəlində Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələrə həsr olunmuş video rolik nümayiş etdirilib. Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulu Elxan Zeynalov çıxış edib. Konsertin təşkilatı dəstəyi Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsullu E.Zeynalov olub.
 








OXŞAR XƏBƏRLƏR