“Müğənnilərin 70%-i kreditə maşın sürür” - İzzət Bağırov

“Müğənnilərin 70%-i kreditə maşın sürür” - İzzət Bağırov
MAQAZİN
14:17 17.12.2021
433

Bu sözləri ATV televiziyasında yayımlanan "Günün Sədası” verlişində qonaq olan müğənni İzzət Bağırov söyləyib.

AZXEBER.COM xəbər verir ki, müğənni öz sənət dostlarını ittiham edib. O, bir çox müğənninin kreditlə özlərinə maşın aldıqlarını və bunu heç vaxt söyləmədiklərini deyib:

"Kim kimdən küsür, gəlir müğənniyə söz atır, acığını da müğənnidən çıxır. Heç kim düşünmür ki, müğənni əgər bir ev alıbsa, onu neçə il ərzində alıb. Həmçinin maşını da neçə illər ərzində pul yığaraq alıb. Bu gün müğənnilərin 70%-nin maşınları kreditlə alınıb, hələ də kredit borclarını ödəyirlər. Evləri də kreditlə ödəyən, hətta borcu olan müğənnilər də az deyil. Mənim hal-hazırda kredit borcum yoxdur, amma əvvəl mən də kredit ödəmişəm. İnsan düşə də, qalxada bilər. Gərək hər şeyə dözəsən.” – deyə bildirib.

Ayşən

OXŞAR XƏBƏRLƏR