Türk kinosunun ulduz aktrisalarından Demet Özdemir ilk dəfə səsi ilə bağlı gələn təriflərə münasibət bildirib.
AZXEBERCOM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Eşref Tek" serialında müğənni "Rüya" obrazını canlandıran Özdemir müğənnilik etmək niyyətində olmadığını deyib.
O, albom çıxarmaqla bağlı sualı belə cavablandırıb:
"Müsbət rəylər məni çox xoşbəxt edir. Amma pərəstişkarlarımın israrla müğənnilik etməyimi istəmələrinə baxmayaraq, mən belə bir şey düşünmürəm. Aktrisalığı sevirəm və ağır rejimdə çalışdığım üçün müğənniliyə ayıracaq zamanım qalmır. Bu sadəcə roldur. Albom çıxarmaq, səhnədə mahnı ifa etmək kimi şeyləri əsla düşünmürəm".
Aysel










































