İstehsalın tarixi , insanoğlunun inkişaf yolunda ilk addımları atdığı tarixə qədər uzanar. İstehsalat , insan ehtiyaclarını qarşılamaq məqsədi ilə mal və ya xidmət meydana gətirməkdir.
Müəssisələr isə hər növ mal və ya xidmət çıxararaq kar məqsədinə çatmağa çalışan müəssisələrdir. İkinci dünya müharibəsindən sonra inkişaf edən texnologiya və biznes arası qiymət, keyfiyyət rəqabəti , istehsal miqdar və müxtəlifliyinin artması səbəbi ilə istehsal olunan mal və xidmətlərin məhsuldarlığı , istehsal vasitələrinin rasional istifadəsi , ən uyğun mal və xidmətlərin istehsalı əhəmiyyət qazanmışdır. Bu məqsədə çatmaq üçün istehsal rəhbərliyinə ehtiyac duyulmuşdur.
İstehsal rəhbərliyinin əsas məqsədi , miqdar , keyfiyyət , zaman və xərc olaraq təyin olunan faktorların ən optimal dəyərlərinin tapılmasına yönəlmişdir. Buna görə istehsal rəhbərliyi istehsalda iş gücü , fiziki vasitə və imkanları şüurlu bir şəkildə istifadə edərək , ehtiyacları ən uyğun şərtlərdə qarşılayacaq və aşağı xərclə mal çıxarma metod və prinsiplərini inkişaf etdirən bir elm sahəsi ortaya çıxmışdır. Keçdiyimiz son otuz ildə sərmayənin qloballaşması , gömrük divarlarının endirilməsi vəbeynəlxalq istehsalatın inkişafı nəticəsində bazarda önəmli inkişaf gündəmə gəlmişdir. Elə buna görədə istehlakçılar planlamaya genış vaxt ayırmışlar vəplanlama sistemləri ortaya çıxarmışlar.
Müəssisə qaynaqlrının planlamasısistemleri1990-cı illərdə inkişaf etdirilmişdir. Müəssis qaynaqlarının planlaması bütün adı keçən sistemləri əhatə edən bir quruluşa sahibdir.
Geniş olaraq yayılmış istehsalatın planlanması sistemlərindən biridə Malzeme Ehtiyac Planlaması ( MRP ) adı ilə bilinən istehsalatın ən uyğun miqdar və zamanını göstərən planlama sistemidir. illərdir çox müəssisələrdə istifadə olunan və sistemli bir istehsalatın planlaması quruluşunu ortaya qoyan bu sistemdəki önəmli olan xüsusiyyətlərdən biri də emalatın əldə edilməsi üçün lazımlı məmul partilərinin miqdarının göstərilməsi mövzusudur.
Emalat sənayesi davamlı olaraq teyin olunmuş bitirmə zamanından gecikmə problemləri ilə qarşılaşır. halbuki bir çox istehsalat müəssisələrinin tutumu lazımı qədər dəyişkən deyildir. Qısa müddətdə dəyişən təlbin istehsal tutumunun dəyişdirilməsi ilə alınması
Qısa dövrdə dəyişən tələbin , istehsal həcminin dəyişdirilməsi ilə qarşılanması mümkündür lakin olduqca bahalıdır. Əsl əhəmiyyətli olan gerçək bir istehsal proqramının MRP və MRP'de partiya böyüklükləri hesablama metodu ilə koordinasiyasının program quruluşu içində təbii olaraq reallaşdırılmasıdır.
Burada məlumatların təhlili , partiya miqdarlarının təyin olunması mərhələsində əhəmiyyətli olmaqdadır. Partiya miqdarlarının sistemin performansı üzərində çox təsirli olduğu deyilə bilər. Bu təsirin sıxlığı xüsusilə digər ətraf şərtlərinin sabit qalması nisbətində artacaq.
Ancaq , nə qədər təsirli olursa olsun bu üsulların etkenliği bəzi ünsürlərdən təsirlənər. Sifariş miqdarları tapma üsullarının nisbi xususiyyətlərinə təsir edən faktorlar aşağıda verilmişdir:
1. Tələbin dəyişkənliyi ,
2. Planlaşdırma müddətinin uzunluğu (neçə dövr olacağı ) ,
3. Planlaşdırma dövrünün böyüklüyü ( neçə həftə və ya ay olacağı ) ,
4. Hazırlıq xərcinin vahid xərcə nisbəti .
Ön zamanların istifadəsi ilə , müxtəlif zaman dilimləri üçün lazımlı ehtiyaclar planı üçün uyğun istehsal və satın alma planı yaradılması lazımdır. Buna baxmayaraq ya qeyri-kafi tutum yada səhv ön zaman ( hazırlıq zamanı ) hesabı kimi səbəblər ilə istehsal planında axsaqlıqlar görülə bilər.
Müəssisələr , öz istehsal strukturlarına daha yaxşı uyğunlaşma təmin edəcək , ola biləcək dəyişikliklərə daha təsirli və vaxtında cavab verə biləcək ən uyğun planlaşdırma texnikasını mənimsəməsi lazımdır. Bu səbəblə müəssisələrin , öz strukturlarını yaxşı etüd etməsi və sistem ehtiyaclarını yaxşı qavramış olmasının yanında Mühasibat, Qaynaq Planlama , Geri Bəsləməvə Sifariş qaydaları kimi təsirli müəssisə modullarını da ehtiva edən MRP IInı istifadə lazımdır.
Istehsalın məqsədi bir məmulat və ya xidmət yaratmaqdır . Bunun reallaşması üçün , istehsal faktorları adı verilən ünsürlərin müəyyən şərtlər üsullarlabir araya gətirilməsi lazımdır. Iqtisadçılara görə istehsal :
torpaq (və ya xammal qaynaqları)
sənətkarlıq (və ya insangücü qaynaqları)
sərmayə faktorları birləşməsidir .
Torpaq, Ölkənin mədən yataqları , meşələri , suyu, enerji qaynaqları və s. elementləri daxildir. Bu ünsürlər ancaq bilindikləri və fayda təmin edəcək hala dönüştürüldükleri təqdirdə bir istehsal faktoru ola bilər. Məsələn , torpaq altında neft olduğu naməlumdursa və ya bilindiyi halda yer üzünə çıxarma ehtimalı tapılmazsa , o ölkə üçün nefti bir istehsal faktoru saymaq mümkün deyil .
Sənətkarlıq ( insangücü ) ölkənin əhalisini meydana gətirən inanların fiziki və fikri qabiliyyətlərini daxildir. Bacarıq təcrübə və təhsillə qazanılır. Başqa sözlə bir ölkənin keçmişi və təhsil imkanları insangücü faktoru üçün gizlidir.
Sərmayə , torpaq və insan gücündən törəyən bir istehsal faktorudur. Müasir cəmiyyətlərdə sərmayəsi istehsal düşünülə bilməz. Sərmayə insan tərəfindən çıxarılar. İnsan daha rahat həyatdan bir miqdar ferakarlık edərək , əməyinin bir qisimini sərmayə yaratma yolunda xərcləyə bilər. Beləcə yığdığı əməyi sərmayəyə çevirərək gələcəkdə daha çox istehsal etmək imkanına kovuşur . Sərmayə deyilincə ağla yalnız pulu gətirmək doğru deyil. Sərmayə , yığılmış əməyin pul , alət , maşın və ya texnologiya şəklinə çevrilməsi ilə ibarət olan bir istehsal faktoru olaraq təyin olunmalıdır.
Bəzi yazarlar , istehsalda rəhbərlik adını verdikləri bir dördüncü faktorun də olduğunu irəli sürərlər. İdarə , istehsal məqsədi ilə bir araya gətirilən faktorların yönəldilməsi , əlaqələndirilməsi və idarəsi funksiyasıdır və insangücü faktorunun içində iştirak edər.
Bir ölkə iqtisadiyyatının yaxşılaşması üçün ilk şərt istehsalı getdikcə canlanmasının . İnsangücü və digər resursların yerində istifadə edilməsi ilə gerşekleştirilen kafi səviyyələ istehsalın , iqtisadiyyatın sağlam bir şəkildə yaşaması və inkişafı üçün ön şərt olaraq qəbul edilir.
Məryəm BABAYEVA